Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/san, arabir 23-28 m/san olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir.
Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi 15-20 m/san, bəzi yerlərdə arabir 28-33 m/san olacaq.
Çaylarda sululuğun artacağı ehtimal var.