Haqqlılar haqsız kütləyə qarşı

0
312

Təəssüf ki, uzun illərdir şikayət və etirazlar daimi maraq mənbəyinə çevrilib. Uğurlarımız, sevinclərimiz, fəxredici hallarımızın ikinci cərgədə durmasının səbəbi nədir?
Təminatı zəif ailələrin çox olmasımı, dövlətin fəaliyyətindən narazlıq əks etdirən “ağzıgöyçək” yığınağımı, sosial-iqtisadi durumumuzun savadsız kütlə tərəfindən qavranılmamasımı?
Bu səbəblərin də hər kəs tərəfindən qəbul edilməyəcəyini nəzərə alsaq, savadsız kütlənin həyatımızın ayrılmaz hissəsi kimi qəbul edirik və imkanı olan şəxslərin çoxu imkansızlara yardımı əsirgəmir.
Şikayətlər isə təkcə maddi təminatla deyil, işlə və vəzifə ilə normal həyatın müxtəlif çalarları ilə də ifadə olunur.
Dünyanın hər bir yerində narazı kütlənin olduğunu nəzərə alsaq, hakimiyyətin fəaliyyətinin düzgün qavranılmaması adi hala çevrilib. Bu bir çox ölkələrdə haqlı narazlıq kimi qəbul olunsa da, ölkəmizdə bu etiraz vaxtlı-vaxtında cəzalandırılan və yenə də öz bədxah əməllərindən çəkinməyən bir çox vəzifə sahiblərinin fəaliyyətinə qarşı olur.
Artıq dövlət başçısının mütəmadi xəbərdarlığına baxmayaraq bədxah vəzifə kütləsi qanunsuz əməllərindən vaz keçmir. Bu əməllərin cəzasının gün-gündən artırılması qaçılmaz qərara çevrilib.
Savadsız kütlənin hakimiyyətin qərarları və fəaliyyəti ilə yaxından tanışlığı da yerli icra orqanlarına fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir.

Sənubər.

.