Hacı Surxay: “Məscidlərdə bayram namazlarına icazə verilə bilər”

0
301

Koronavirusa yoluxma sayı azalarsa, ola bilər ki, Operativ Qərargahın və TƏBİB-in göstərişinə əsasən, məsafə saxlamaq şərti ilə məscidlərdə bayram namazlarının qılınmasına icazə verilsin.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli deyib.

O bildirib ki, bayram gününə bir neçə gün qalmış bu barədə qərarın verilib-verilməməsi bəli olacaq:

“Bayram namazına artıq sayılı günlər qalıb. Məscidlərdə bayram namazlarının qılınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in xüsusi göstərişi olmalıdır. Hər bir inanclı şəxsin arzusudur ki, məsciddə ibadət etsin. Lakin pandemiya səbəbindən bu imkanlar olmadığı təqdirdə vətəndaşlar bayram namazını ev şəraitində qılacaq”.