Həyat sənin deyil, sən həyatınsan

0
239

Duyğularımız hökmü həyatımızı idarə edir. Bu duyğularımız da yaranması da həyatın idarəsi ilədir. O zaman həyat bizimmi, bizmi həyatınıq?
Məncə bizim ömrümüzü həyat idarə edir. Duyğularımızı bizə bəxş edən də həyatdır. İç dünyamızın formalaşması Allahın bizə bəxş etdiyi dünyanın və həyatımızın idarəsi ilə yaranır.
“Həyat mübarizədir” anlayışı da bu kökdən yaranır.
Bu dünyada xoş niyyətli və bəd niyyətli insanların yaşaması da həyatın təlimidirmi? Buna da cavab vermək çox çətindir.
Dini təlimlər bunu Allahın sınağı adlandırır. Buna inananlar üçün yaşamaq o qədər də çətin deyildir.
Hər halımıza şükür etmək bizi daha böyük bəlalardan saxlayır.
Gəlin, şükür edək hər zaman dünyanın pisliklərindən uzaq olaq.
Həyatın hökmlərinə sinə gərək özümüzün də pis, yaxud yaxşı olduğumuzu dərk edək. Yaxşıların pislərə qarşı mübarizəsinə qoşulaq. Pislərə pisliklə yox, yaxşılıqla cavab verək. Həyatımızın hər anını yaxşılıqla başa vuraq.
Həyatımızın gözəlliyini o zaman anlamış olarıq.
Sənubər