Həyat ömrümüzdür

0
1432

Həyat Allahın bu dünyada bizə bəxş etdiyi ömürdür. Ömrü necə yaşamağımız təəssüf ki,tək özümüzdən asılı deyil. Heç özümüz də tam mükəmməl ola bilmirik. Həyat boyu öyrəndiklərimiz stabil yaşamağa bəs etmir. Fərqli insanlarıq. Fərqli durumları qəbul edə bilirik. Oxşarlığımız da tam deyil. Hər birimizin ağılı, gücü, düşüncəsi fərqli yaşantıların təsiri altındadır. Yaşantıların çox hissəsi də özümüzdən asılı olur. İradəmizin bəs etdiyini yaşayırıq. İradə də bir ilahi gücdür. İradəmiz tək qəlbimizə deyil, ətrafımızdakı pisliklərə də hakim kəsilə bilər. Qanunlara riayət etmək də iradə tələb edir. Hər birimizin öz həyatına qoyduğu qanunlar isə ağlımızın məhsuludur. Bir ömür boyu qazandığımız nə varsa onun gücü ilə yaşayırıq. Kimisi bacarıqlarından tam istifadə edib gözəl yaşamağa çalışır, kimisi paxıllıqdan əziyyət çəkib yaşayır.
Həyatı ömürlə səhf salanlar da var. Həyatı ömrümüzlə qururuq.
Ömrümüzün yaşantılarının fərqi iradəmizdən asılıdır. Pis niyyətli ətraf təsirin yaraları isə səbrli mübarizə tələb edir. Ömür özü də bir mübarizədir. Hər birimiz həyatımızı gözəlləşdirmək uğrunda mübarizə aparırıq. Bu mübarizədə özü ilə birgə ətrafındakılarını da düşünən, xeyrli işlər görənlər də var. Başqalarının hesabına yaşayaraq pislik edənlər də. Ona görə də mübarizəmizdə özünü qorumaq da olmalıdır. Həyatı şirin görürəm, çünki yaxşılar pislərdən çoxdur, yaxşılıqlar da pisliklərdən. Həyatımızın xoş günləri də, ağrılı günlərdən çoxdur. Ona görə də ömrümüzü şükürlə başa vurmalıyıq. Həyatımızın hər gözəl yaşantısına qəlbimizin, ağlımızın, əlimizin işıqlı nişanəsi olmasına çalışmalıyıq.
Ömrümüzü bu dünyadakı həyatımızın və həyatların xoş sevincli olması üçün apardığımız xeyirxah mübarizəyə həsr edək.
Sənubər