Həyat müəllimimiz özümüzük

0
889

Gördüklərimizdən,yaşadıqlarımızdan,oxuduqlarımızdan,eşitdiklərimizdən özümüz nəticə çixartmalıyıq.
Bacarıqlarımıza,ağlımıza,düşüncələrimizə,istəklərimizə,öyrəndiklərimizə uyğun yol seçməliyik.
Bu seçim həyatımızın gedişatını həll edəcək. Zaman gözləməyi sevmir. Hər yaş dövrü yeni inamlar,arzular eyni zamanda problemlər doğurur.
Dünyanın gərdişinə davam gətirmək üçün ilk növbədə səbrimiz olmalidir. Səbr həyatımızı asanlaşdıran ən güclü vacib silahdır. Səbr gözləmək deyil qəlbinə sakitlik verməkdir.
Bunun da yolu səmərəli , xeyirli işlər görməkdən keçir.
Allah bizdən bacarıqlarımızdan artığını tələb etmir.
Bu dünyanın ən böyük xəstəliyi tənbəllik və ruh düşkünlüyüdür. Onlardan da qurtarmaq üçün daim hərəkətdə olmalıyıq.
Oxuyun,yazın, gəzin,danışın və əlbəttə ki,ən nəhayət sevdiyiniz işlə məşğul olun. Həyatda neçə yaşamaq lazım olduğunu heç kim sizə öyrədə bilməyəcək.
Sizə öyrədilənlər sizi seçim qarşısında qoyur. Həyatda qarşılaşdıqlarımız da..
Dünyanın abı-havasında gözəlliyi daha çox görməniz seçdiyiniz yola işıq salacaq. Bu işığa toplaşanlardan uzaq durmamalıyıq, öyrənib, öyrətməliyik. Əsas öyrənmənimiz isə öz həyatımızdır.
Ömrümüzün acılı-şirinli günlərinin keçdiyi həyatımızdan və qəlbimizin səsindən öyrəndiklərimiz yolumuza daş-kəsək çixartmasın.
Könül dəftəriniz xoş simalarla ,gördüyünüz işlərin ləzzəti, həyatdan aldığınız huzurla dolu olsun.
Ömrümüzün sonuna qədər öyrənməkdən vaz keçməyək. Öyrəndiklərimizin bizim üçün əsasını qoyanlara da dua edək və şükür edək.
Sənubər.