Həyat eşqinin fenomenal ömrü

0
236

İnsanları həyata bağlayan fərqli sevgi hissləri fərdi xüsusiyyətlər burulğanında müxtəlif çalarlara qovuşsa da ömür səhifələrində xoş anların əksini yaşadır.
Həyatı eşqin həyatı bağlantı olması intihar cəhdləri ilə qarşılaşsa belə sevgililərin dünyasına sədd çəkmək iqtidarında deyil.
Sevgililərə qibtə hissi hər zaman var. Sevə bilməyənlərə ağrı hissi də…
Sevgisi olmayanların həyatı sevməsi də şübhə altındadır.
Sevgisiz həyatdan zövq almaq mümkün deyil. Buna inkar edənlər sevgi hissini heç bir zaman yaşamayanlardır.
Həyat eşqinin fenomenal ömrü də həqiqi sevgiyə bağlıdır.
Həyatımızın çətinliklərsiz olmadığını nəzərə alsaq sevgilərin də sınaq yaşamağını qəbul edirik.
Bu sınaq yollarının da fərdi biçimi xoşbəxtliyin səddləri ilə də qarşılaşa bilər. Bir sözlə həyata bağlantımız sevgisiz mümkün deyil.
Xoşbəxtliyin açarına qovuşanlar isə çox zaman onu qiymətləndirə bilmirlər. Bu isə xoşagəlməz nəticələrlə qarşılaşmağa yol açır.
Bir ömür xoşbəxt yaşamağın mümkünsüzlüyü ilə bağlı düşüncələr də buradan yaranır.
Gəlin sevgilərimizə dəyər verək. Həyatı eşqi yaşadan hisslərimizi qoruyaq. Hər bir kəsə xoşbəxtliyin açarına yiyələnməsini diləyək, ömrümüzü yaxşılıqlarla başa vuraq, sevək və sevilək, bu ali hisslərin yaşaması üçün əlimizdən gələni əsirgəməyək.
Sənubər