Həyat dərsini dərdlər verir

0
1041

Həyatı dərdlərimizlə öyrənirik. Dərd anlayışı vaxtına, zamanına, səbəbinə, ünvanına görə dəyişə bilər. Dietada olanlar “zülm çəkirəm” dediyi kimi, hər hansı məsələyə, arzusuna tutqun olanlara “xəstə” deyildiyi kimi. Yəni, hər kəs dərd hesab etdiyi dərdi çəkir.

Dərdlərin verdiyi dərslər hər zaman “qiymət almaq” üçün də deyil, həyatı öyrənmək üçündür. Çünki biz insanlar başımıza gəlməyənləri hər zaman yetərincə anlamırıq. Bu ünvan da əsasən əsl dərdi çəkənlər olur.

“Gör nəyin dərdini çəkir” deyə kiməsə lağ eləyənlər, “mənim başıma gəlsəydi, mən buna dözə bilməzdim” deyə qibtə eləyənlər anlamazlara aiddir.

Qədim dünya filosofu Siseronun “Ağıllı insan dərd çəkməməlidir” sözlərini yadına salan əsl dərd çəkənlərə bu sözlərin çox az miqdarda təsiri ola bilər.

“Bu, insanın əlində deyil” deyib, qırağa çəkilirik. Ağıllı olmağa çalışmırıq. “Hər pis işdə bir xeyir var” kimi dini anlayışlar belə dərdləri azaltmır. Dərdlərin ağırlıq çəkisi sadəcə zaman keçdikcə azalır. Və boş qalan yerləri dərslər doldurur.

“ictimaixeber.az”