Hər zalımın arxasında bir cəfakeş durur

0
893

Fərdi xüsusiyyətlər həyatımızı iki yerə ayırsa da ilk yeri zəbt edən hələ ki, yaxşılıqdı. Dünyamızı, həyatımızı dağılmaqdan xilas edən bu cəbhə əziyyətlərin ən çoxunu çəkəndir. Özünü düzgün hesab edənlər hər cəfaya qatlanır demişlər. Bu inamı qazanmış olanlar da heç bir zaman ümumxalq yardımında kənarda qala bilməz.
Həyatımızın elə bir dövrünü yaşayırıq ki, yardıma, qayğıya ehtiyacı olanlar minlərlədir. Onların heç birini unutmayan ölkə başçısının yardımları ilə birlikdə hər bir cəfakeş insanımızın yardım yürüşündə qıraqda qalmır.
Yardımlardan özü üçün istifadə edən müxtəlif qurumların bu şəxsiyyətsiz əməlləri ölkə rəhbərlərinin gözündən yayınmır və lazımi cavablarını alırlar.
Aramızda bu kimi insanların olmasına təəssüf hissi isə bizi tərk etmir.
Yaxşıların təəssüfü isə pisliklərin qəzəbi ilə qarşılaşır.
Xeyirlə şərin mübarizəsi bir ömür boyu həyatımızı tərk etmir.
Bu mübarizədən çəkinmiş olanlar da yox deyil. Ancaq bu heç də zalımların qələbəsi demək deyil.
Cəfakeş, xeyirxah insanlar hər zaman zirvədə durur.
Peşmançılıq çəkən pis adamlar belə bu heyətə qatılmır. Çünki, edilən bir pislik yüz yaxşılıqla belə yuyulmur.
Dünya malında gözü qalanların heç birinin günahı unudulmazdır.
Hər addımda arxanmıza baxmağımızı unutmamalıyıq. Pisliyin hardan gəldiyi də bilinməzdir. Yaxşı insanlar hər zaman pisliyin hardan gəldiyini bilmək üçün çox diqqətli olmalıdırlar.
Özümüzü də, ətrafımızdakı yaxşıları da qorumaq üçün pisləri tanımalıyıq.
Hər bir yaxşının həyat simvolu pislikləri zərərsizləşdirməkdir. Bunun üçün əlimizdən gələn hər iş yaxşılığın qorunmasıdır. O zaman zalımlar nə önümüzdə, nə arxamızda yer tapmayacaqlar.
Sənubər