Hər il Zəfər Günü iş olmayacaq – VİDEO

0
381

Azərbaycanda Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir. Bu barədə qanun layihələri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib. 

Dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək. 

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Azərbaycanda Anım Günü ilə bağlı da Əmək Məcəlləsinə dəyişiklik edilir.

Hər il sentyabrın 27-i Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycanda Anım Günü olacaq.