Hər halımıza şükür edək

0
278

Bu həyatda şikəstlərdən daha çox ağlı zəif olanlara acımamız gərək.
Ağıllı şikəstlər sağlığı yerində, bütün imkanları yüksəkdə olanların çəkdiyi lazımsız əziyyətlərdən daha uzaqdır.
Allahın hər ikisinin eyni adama nəsib etməsinin də xoşbəxtlik ağırında yeri olmasına işarədir.
Hər xəstəliyin müalicəsi pulla mümkün olmasa da ağıl hər xəstəliyə dözülmənin yolunu açıq edir.
Çarəsizlik əziyyətlərə dözə bilməyənlərin könül yarasıdır.
Amalı şükür və səbr olanlara Allahım dözə bilinməyən əziyyət vermir.
Bu müvəqqəti imtahan dünyasından əbədi dünyada mənsub olacaq yerimizə qədər olan yol əməllərlə birlikdə, qanımıza, canımıza susamış bədbin arzulardan, mənfi düşüncələrdən də uzaq olmalıdır.
Ağlımız təkcə ətrafımızda olanların fikri ilə dolğunlaşmamalıdır. Daimi mütailə, həyatın imtahanlarına düzgün yanaşma, sərvətlərə qarşı etinasızlıq, imkansızlara yardım (hansı sahələrdə olursa-olsun) həyatımızın mənasına çevrilməlidir.
Təəssüf ki, aramızda bu fikirlərlə razılaşmayan çox adam var.
Gözü tox olan şikəstlər belə azdır.
Dünyanın gözəlliklərini görənlərin sayı da azalmaqdadır.
Müharibədə və şəxsi həyatında şikəst olanlara yardım hər gün onlarladır.
Bu kimi xeyirli işləri laqeyd və əməli pislik olanların üstünə hələ ki, kölgə salır. Demək ki, həyatımızda xeyirxah insanlar daha çoxdur.
Bu kimi insanlar həyatımızı pisliklərdən qoruyur. Onların çoxu fiziki qüsurları olan ağıllılardan əvvəldə qeyd etdiyim ki, fiziki qüsurlu, ağıllılar ağılsız imkanlıdan daha çoxdur.
Təəssüf ki, bu həyatda həm əqli, həm də fiziki qüsurlu insanlar da var.
Bu da Allahın lazım bildiyi daha bir imtahandır. Onların ehtiyacını ödəyənlərin üçün də həmçinin.
Hər halımızın şükür içində olması da bir nəsihətdir.
Ağlımızın dəyəri, şükür və səbr duyğusu heç bir zaman bizi tərk etməsin!

Sənubər