Qənirə Paşayevanın ölümü müəmmalıdır. Burada kriminal səbəb araşdırılmalıdı”.
Bu sensasion açıqlama ilə tanınmış həkim, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri Şahin Məmmədov çıxış edib.
O, fikrini belə izah edib:
“Xəbərlərdə oxuduğuma görə klinikaya daxil olarkən onda həm hipotenziya, həm bradikardiya var imiş. Bu arıqlatma dərmanları ilə əlaqəli ola bilməz. Əgər arıqlatma dərmanları ilə əlaqəli hipovolemik şok olsaydı, hipotenziya taxikardiya ilə birlikdə olardı və həkimlər tərəfindən tez bir zamanda, asanlıqla itirilən maye bərpa olunardı. Və ya arıqlatma dərmanlarının yan təsiri – hipoglikemik koma yaransa, hansı ki, bu praktik olaraq real deyil, və + MKX kimi yerdə hipoglikemiyadan ölüm mümkün deyildi. Xəbərlərdə yazılan kimi, Qənirə xanım klinikaya gətiriləndə əgər vital göstəricilər o cür idisə, daha çox betta blokator, kalsium kanal blokatorları, ürək glikozidlərinin yüksək dozası və ya bu dərmanlar kimi effekt verə bilən toksik maddə ilə zəhərlənmə əlamətlərinə uyğun gəlirdi”.
Qeyd edək ki, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva Mərkəzi Klinik Xəstəxasında 23 sentyabrda yerləşdirilmişdi, ötən gün dünyasını dəyişib.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.