Həftəsonları taksilərin fəaliyyəti ilə bağlı MÜHÜM AÇIQLAMA – VİDEO

0
651

Həftəsonları taksilər fəaliyyət göstərəcək”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, məqsəd sıxlığın azaldılmasıdır:

“Hər bir təşkilat məhdud sayda əməkdaşının işə gəliş-gedişini təmin etmək üçün taksi fəaliyyətindən istifadə edər. Düşünürəm ki, iki gün ərzində bunu edə bilərik”.