ABŞ-ın Corciya ştatının ərazisində yerləşən həbsxananın ərazisində baş verən atışma nəticəsində bir nəfər öldürülüb, bir nəfər yaralanıb.
Xəbərdə qeyd olunur ki, cəzaçəkmə müəssisəsinin iki əməkdaşı həbsxananın ətrafında iki naməlum şəxsin məhbuslara qeyri-qanuni yolla naməlum bağlama ötürmək istədiyini müşahidə edib.
Bu zaman onların arasında atışma olub. Nəticədə cəzaçəkmə müəssisəsinin bir əməkdaşı yaralanıb, cinayətkarlardan biri məhv edilib.
Hüquq-mühafizə orqanları silahlı insidentlə bağlı araşdırmalara başlayıb.