Gürcüstanın yeni hökuməti təsdiqləndi

0
347

Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiqləyib.

85 deputat yeni hökumətin lehinə səs verib.

Georgi Qaxariyanın başçılıq edəcəyi Nazirlər Kabinetində bir yeni nazir yer alıb. O, ədliyyə naziri Qoça Lortkipanidzedir.

Yeni hökumətin tərkibi belədir:

Təhsil, elm, mədəniyyət və idman naziri Mixail Çxenkeli

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili

İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava

Müdafiə naziri İrakli Qaribaşvili

Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Yekaterina Tikaradze

Ədliyyə naziri Qoça Lortkipanidze

Regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili

Xarici işlər naziri David Zalkaliani

Maliyyə naziri İvane Maçavariani

Daxili işlər naziri Vaxtanq Qomelauri

Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani