Gürcüstanda dövlət bayraqları endirilib

0
428

Gürcüstanda 2008-ci ilin avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı olaraq bütün dövlət qurumlarında bayraqlar endirilib.

Gürcüstanın Prezident sarayı, hökumət administrasiyası, Parlament binası və digər dövlət idarələrində bayraqlar saat 00:00-a qədər endirilmiş vəziyyətdə saxlanılacaq.

2008-ci ilin avqustun 8-də başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Müharibədə 170 gürcü hərbçi, Daxili İşlər Nazirliyinin 14 əməkdaşı, 224 dinc sakin həlak olub, 2 min 232 nəfər isə yaralanıb. Beş günlük müharibə Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalı ilə nəticələnib.