Günahsız atəş qurbanı olanların günü

0
1742

20 Yanvar günü- Hər bir azərbaycanlının göz yaşı, ürək ağrısı ilə qarşıladığı gün Rus ordusunun onlarla vətəndaşımızı amansızcasına qətlə yetirdiyi gün…
Tarix boyu soydaşlarımızın qətlə yetirildiyi günlərdən ən acısı. Günahsız, silahsız kütləyə və bütün ətrafa yayılan atəşlərin dünyanın heç bir ölkəsində təkrarı olmamışdır.
Uşaqdan böyüyə qədər hər birimizin bu amansız qətl gününü unutması mümkün deyil. Günahsız kütlənin atəşlərə qərq olması bütün insanlıqdan kənar bir addım.
Günlər, aylar, əsrlər belə keçsə də, unudulmayacaq bu qanlı məşəl gecəsi anaların, ataların, uşaqların, oğulların, gəlinlərin qəlbində amansız bir yaradır.
Bu qırğınla başlayan dövr bizim azad ölkə kimi bərqərar olmamız üçün ilk addım Dağlıq Qarabağı əldə etmək üçün də yüzlərlə şəhidimizin olması, doğma torpaqlarımızın düşməndən azad olunması kimi bir şərəfi qazanmamız hesabına baş vermişdir.
Allah bu kimi sınaqlardan artıq uzaq etsin. Allah şəhid ailələrinə yüksək səbr versin.
SƏNUBƏR