Gözün aydın, Vətən!
Şuşa da azad edildi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrin 8 də səhər saatlarında Fəxri Xiyabana gələrək Azərbaycan Respublikasının qurucusu, Ulu Öndər Heydər Əliyevi ziyarət etdikdən sonra Şuşa şəhərinin işğaldan azad edildiyini böyük qürur hissi ilə bəyan etdi. Çoxdan arzusunda olduğumuz bu şad xəbər müzəffər ordumuzun qələbələrlə müşayiət edilən zəfər yürüşünün yeni və parlaq səhifəsi kimi bütün ölkəmizdə böyük əks-səda doğurdu. Ürəklərə sonsuz sevinc, fərəh bəxş etdi.Sevinc dolu bu xəbər ildırım sürətiylə hər tərəfə yayıldı. Telefon zəngləri ara vermədi. Dost-tanış bir-birini təbrik edir, gözaydınlığı verirdi: Gözün aydın Vətən, qeyrətli oğulların – qəhrəman Azərbaycan əsgərləri 30 ildən bəri qaysaq bağlamayan yaralarına döyüş meydanında çaldığı zəfərlərlə məlhəm oldu. Gözün aydın, Vətən! Xoş gördük, Şuşa! Düşmənlərini məhv edib, həsrətin sinəsinə dağ çəkib, nisgilə son qoyub səcdənə gəlirik, aranım, dağım, doğma Qarabağım!Gözlərdən sevinc yağdığı, ürəklərin fərəhlə döyündüyü bu xoş məqamda heç şübhəsiz Şuşa doğulub, 30 ildən bəri doğma yurduna həsrət qalan soydaşlarımız daha fərqli hisslər keçirir. Təbbi olaraq özlərini dünyanın xöşbəxti sayırlar. Müdriklər deyir ki, sevinci böləndə, paylaşanda daha da artır. Tək şuşadan olan yox umumi Azərbaycan xalqı sevinclərini xalqımızla bölüşürlər.Bu anı, bu qələbə sorağını uzun illər boyu gözləmişik. Çox zaman üzümüz gülsə də, göz yaşlarımız ürəyimizə axıb. Bu sevinci bizlərə yaşadan, bu xoşbəxtliyi bizlərə bəxş edən qəhrəman Azərbaycan əsgərinə eşq olsun! Müdrik Prezidentimiz, cəsarətli sərkərdəmiz Ali Baş Komandan İlham Əliyev uğurla reallaşdırdığı xilaskarlıq missiyası ilə adını Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazmağı bacardı! Hələ döyüş bitməyib. Qarşıda yeni zəfərlər bizi gözləyir. Üçrəngli müqqədəs bayrağımızın tezliklə işğaldan azad ediləcək bütün ərazilərimizdə dalğalanacağına çox qalmayıb”.Bugün Azərbaycan xalqı toy-bayram ovqatı yaşayır. Qələbənin dadı həqiqətən çox şirin olur. İstər-istəməz geriyə boylanır, keçilmiş yola nəzər salırsan. İndi malik olduğumuz Azərbaycan dövlətini, Qafqazda ən güclü modern ordunu və ictimai-siyasi fəallığı yetərincə yüksək olan xalqımızı 30 il əvvəlki illə müqayisə etmək olmaz. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunu layiqincə yerinə yetirən Prezident İlham Əliyev bu gün öz qətiyyəti ilə şərəfli tarix yazır. Ordumuzun başladığı zəfər yürüşü uğurla davam edir. Sırada Laçın, Kəlbəcər, Xankəndi, Ağdam,Xocalı,Xocavənd digər yaşayış məntəqələrimiz var. Prezidentimizin bəyan etdiyi kimi, işğal altındakı ərazilərimizi tamamilə azad etməyincə, bizi kimsə durdura bilməz. Xalqımızı təbrik edir, soydaşlarımıza gözaydınlığı verirəm. Qələbə xəbərinin davamı gəlsin”.
Aygül Bağırova,
İctimai Nəzarət Koalisiyasının Aparat Rəhbəri