“Google” xəbərdarlıq etdi: Bu əlavələri telefonunuzdan dərhal silin

0
10

“Google” “Chrome” brauzerində milyonlarla istifadəçinin məlumatlarını pozan zərərli plaginlər (proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edən komponentlər – red.) tapıb.

Son təhlükəsizlik hesabatlarına görə, bəzi plaginlərdə istifadəçi məlumatlarını oğurlamaq və reklam saxtakarlığı etmək üçün zərərli proqramlar var.

Tədqiqatçılar 16 müxtəlif “Chrome” plaginlərinin zərərli kod ehtiva etdiyini və dünya üzrə 3,2 milyondan çox istifadəçiyə təsir etdiyini bildiriblər. Sözügedən plaginlər skrinşot, reklamın bloklanması və emoji klaviaturası kimi məşhur funksiyaları təklif edir.

“Chrome” istifadəçiləri dərhal aşağıdakı əlavələri brauzerlərindən silməlidirlər:

– Blipshot – Emojilər (Emoji Klaviatura)

– YouTube üçün rəng dəyişdirici

– YouTube üçün videoeffektlər

– Chrome Mayk Adblock

– Chrome üçün qaranlıq rejim

– EmojiA

– Chrome Adblock

– Nimble Capture

– Kproxy

– Page Refresh

– Wistia Video Downloader

– WAToolkit