Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar

0
612

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib. Bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində vətəndaşın daxili orqanı – düz bağırsağından, ümumi çəkisi 9 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə – tiryək, 3 qram psixotrop maddə – metamfetamin və 2 qram açıq qəhvəyi rəngli, narkotik vasitə – heroin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.