Fransalı nazirin COP29-dan imtinası yanlış qərardır – Nazir

0
47

Fransanın ekologiya naziri Anyes Pannye Runaşenin Bakıa COP29-a gəlməyəcəyi ilə bağlı verdiyi qərar yanlışdır.

Bunu jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun fikrincə fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır.

“Özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Avropa İttifaqının aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması yanlış addımdır”.

XİN rəhbəri deyib ki, Azərbaycan heç vaxt iqlim mövzusunu digər Azərbaycan-Fransa arasında olan münasibətlərə qarışdırmır.

“Bizim COP-dan öncə də tədbirlərimiz olub və onların hamısında fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunublar və bu tədbirlərdə iştirak ediblər. Bizim COP komandamız da onlarla çox konstruktiv işləyiblər. Bundan öncə də söylədiyim kimi Fransanın iştirak etməməsi bu artıq onların öz seçimidir”, – nazir deyib.