“Şarl de Qoll” aviadaşıyıcısının 688 dənizçisində koronavirus aşkarlanıb. “Qafqazinfo” “REN TV”yə istinadən bildirir ki, bu barədə Fransanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, testdən hərbi-dəniz qrupunun 1767 dənizçisi keçib. Müdafiə Nazirliyində testlərin qalan 30%-nin nəticələrini gözləyirlər.
COVİD-19-a yoluxan dənizçilərdən 31-i Tulonda yerləşən hərbi hospitala yerləşdirilib.