Fransa qəzeti: “UNESCO Ermənistanın törətdiyi müharibə cinayətlərini araşdırmaqdan imtina edir”

0
357

UNESCO Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində Ermənistanın törətdiyi müharibə cinayətlərini araşdırmaqdan imtina edir.

Bu barədə Fransanın “Lagazetteaz.fr” onlayn qəzetində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Ermənistanın mədəni abidələrə qarşı cinayətlərinin araşdırılması ilə bağlı ötən ilin dekabrında Azərbaycan Xarici İşlər Nazirliyinin UNESCO-ya müraciəti cavabsız qalıb.

Bildirilib ki, Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov da bu məsələ barədə UNESCO-ya dəfələrlə müraciət edib.