
Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair əhaliyə müraciət edib.
Nazirlikdən bildirilib ki, bu il də Novruz bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən bayram tədbirlərində ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmalıdır.
Həmçinin, müxtəlif bayram mərasimləri ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:
– bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
– tonqal ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
– yandırılan şamlar nəzarətsiz qalmamalıdır.