Fəzail Ağamalı taksidəki soyğundan danışdı: “Pulu geri qaytardı, amma…”

0
471

Türkiyə mətbuatı millət vəkili Fəzail Ağamalının İstanbulda taksi sürücüsü tərəfindən soyulması ilə bağlı məlumat yayıb.

Yayılan məlumata görə, taksi sürücüsü millət vəkilinin 2 min lirə pulunu oğurlayıb. Məsələ ilə bağlı Fəzail Ağamalı ilə əlaqə saxladıq.

Deputat  açıqlamasında hadisənin 2019-cu ilin iyul ayında baş verdiyini deyib: “Hadisə zaman mən orada olmamışam. Ailə üzvlərim olub və belə bir hadisənin baş verməsi doğrudur. Amma taksi sürücüsü tapıldı və bizim pulu geri qaytardı. Amma taksi sürücüsü əməllərinə görə həbs olundu”.

Qeyd edək ki, Türkiyə prokurorluğu taksi sürücüsünün 10 il müddətində həbs olunması ilə bağlı məhkəməyə müraciət göndərib.