Fərqlimiyik, deyilmiyik?

0
345

Həyatda maddi, mənəvi, fiziki ehtiyaclarımızın təminatının hər zaman özümüzdən asılı olmamağı fərqli həyat tərzlərinin yaranışının əsas səbəbləridir.
Fərqli insanların fərqli yaşayışı və fərqli mənəvi yaşantısı çox zaman qarşıdurmalar yaradır. Təəssüflə qeyd etdiyimiz bu kimi halların həyatımıza az və çox halda müdaxiləsi də xarakterlərdən asılı olaraq fərqli bölüşür.
Əslində isə, mənim fikrimcə, bu ilahi bölüşmələr, xasiyyət istisna olmaqla insanların həyat bərabərliyinə mane olmur. Yəni həyat paylaşımlarının ümumi ölçüsü bərabərdir.
Həyatda hər kəs pisliyidə görür, yaxşılığı da, sevinci də görür, kədəri də. Maddi, mənəvi, fiziki durumların fərqli bölüşməsi ortaq məxrəcə gətirib çıxarır. Bunu anlayanların xoşbəxtliyi isə yenə də fərqli olur.
Bu xoşbəxtliyin açarı isə mənəvi qazancdadır.
Maddi durumun xoşbəxtliklə heç bir əlaqəsi yoxdur. Yaşam dünyamız bizə əmanət verilmiş ruhlarımızın qorunması və gözəlləşdirilməsi üçündür.
Bunun üçün də həyatdakı bütün gözəllikləri qiymətləndirməmiz vacibdir. Eyni zamanda özümüzün də bu gözəlliklərdə bir payı olmalıdır.
Adi xoş münasibətdən tutmuş həyatı ehtiyacların bir çoxunu paylaşmağa qədər hər bir xeyirxah addım ruhumuzu işıqlandırmaqla yanaşı əbədi dünyamızın işıqlı və zəngin olacağına yol açır.

Sənubər