Fədayə Laçının məhkəməsindən YENİ XƏBƏR

0
621
Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesə məhkumlar qeyri-müəyyən səbəbdən gətirilməyib.
Bu səbəbdən proses sentyabrın 16-a təxirə salınıb.
Xatırladaq ki, artıq 9-cu dəfədir bu iş üzrə məhkəmə prosesi qeyri-müəyyən səbəblərdən təxirə salınır. May ayından etibarən bu iş məhkəmə prosesi müxtəlif səbəblərdən baş tutmur
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar – “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğ