Bu gün Rusiyada qalan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün evegedirem.info portalı fəaliyyətə başlayıb.
artıq saat 11-də qeydiyyat üçün müraciətlərin qəbuluna start verilib.
Hazırda saytda Rusiyadan 461 Azərbaycan vətəndaşının təxliyyə üçün müraciət etdiyi görünür.
Qeydiyyat beş gün davam edəcək, sonra müvəqqəti olaraq saxlanılacaq. Bu vaxt ərzində qeydiyyatdan keçənlərin təhlili aparılacaq, onların təxliyyə planı hazırlanacaq.
Bundan sonra qeydiyyat təkrar açılacaq