“Eurovision 2025” mahnı müsabiqəsi İsveçrənin Bazel şəhərində keçiriləcək.
Avropa Yayım Birliyinin (EBU) yeni məkanı təsdiqlədiyi barədə məlumat təşkilatın saytında yer alıb.
“Bazel 2025-ci ildə keçiriləcək 69-cu Avroviziya Mahnı Müsabiqəsi üçün ev sahibi şəhəri seçilib”, – deyə məlumatda bildirilir. Tədbir ilk dəfə İsveçrənin almandilli hissəsində keçiriləcək.
Müsabiqə gələn il mayın 13, 15 və 17-də “Müqəddəs Yakobşale”də keçiriləcək.
Xatırladaq ki, İsveçrə təmsilçisi Nemo “The Code” mahnısı ilə 591 xal toplayaraq mayın 11-də İsveçin Malmö şəhərində keçirilən 68-ci “Eurovision 2024” mahnı müsabiqəsinin finalında qalib olub. İkinci yerdə 547 xalla xorvatiyalı ifaçı Baby Lasagna (əsl adı Marko Purisic) qərarlaşıb. İlk üçlüyü 453 xalla ukraynalı Cerri Heil və Alyona Alyona dueti qapayıb.