
“Eurovision 2022” mahnı müsabiqəsi bu il mayın 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçiriləcək.
Builki musiqili yarışmanın sloqanı “The Sound of Beauty” (“Gözəlliyin səsi”) olub. Loqo isə səs dalğaları ilə hazırlanıb.
Qeyd edək ki, bu il 66-cı dəfə keçiriləcək yarışmada Azərbaycan da iştirakını təsdiqləyib. Hazırda müsabiqədə səsləndiriləcək mahnının seçim turu başlayıb.