Ətraf mühiti ən çox çirkləndirənlər ulduzlar imiş – ŞOK ARAŞDIRMA

0
9

Taylor Svift və bir sıra digər məşhur şəxsiyyətlər ətraf mühiti çirkləndirənlər sırasındadır.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, son illərdə şəxsi təyyarə səyahətləri əhəmiyyətli dərəcədə artıb və nəticədə son beş ildə karbon emissiyaları 46%-ə yüksəlib.

İsveçli tədqiqatçılar 2019-cu ildən 2023-cü ilə qədər təxminən 19 milyon uçuşu təhlil edərək, onların təxminən yarısının 500 kilometr məsafəni keçmədiyini və 900 min uçuşun uzunluğu 50 kilometrdən az olan səfərlər üçün “taksi kimi” istifadə edildiyini müəyyən ediblər.

Professor Stefan Gösslinq “The Guardian”a deyib: “Varlı insanlar əhalinin kiçik bir hissəsini təşkil etsələr də, onların karbon emissiyaları sürətlə və böyük həcmdə artır”.

Şəxsi hava nəqliyyatı ən çirkləndirici nəqliyyat növü hesab olunur. Araşdırmaya görə, böyük şəxsi təyyarələrdə olan sərnişinlər bir saat ərzində orta insanın bir il ərzində buraxdığından daha çox CO2 buraxır.