Etirazçılar Baş naziri diz çökdürdü – VİDEO

0
679

İrqi ayrı-seçkiliyə qarşı aksiyalar zamanı etirazçılar Kanadanın baş naziri Castin Trüdodan diz çökməyini istəyiblər.

Nümayiş Ottavanın mərkəzində Parlament binası yaxınlığında keçirilib.

Castin Trüdo nümayişçilərin xahişini yerinə yetirərək qaradərili Corc Floydun xatirəsinə ehtiram əlaməti kimi diz çöküb.

Toplananlar “Black lives matter!” şüarı səsləndirdikdə isə Trüdo başını tərpədib.

Bundan sonra minlərlə etirazçı artıq Baş nazir olmadan  şəhər küçələrində yürüşə davam ediblər.