Əsas məqsədimiz COP29-da bütün tərəflər üçün naviqator rolunu oynamaqdır

0
21

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əsas vəzifə bütün tərəflər üçün lazımi şəraiti yaratmaq eləcə də bu məsələlərdə naviqator rolunu oynamaqdır.

Bunu COP29-un prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hələki konfrans çərçivəsində alınan qərarlarda hansısa rəqəmlər haqqında danışmaq tezdir.

“Prosesslər başlayıb, gərgin danışıqlar davam edir. Hələki bütün tərəflər aktiv iştirak edir. Öz mövqelərini bir-birilərinə çatdırmağı bacarırlar. Böyük vəzifələrin icrası böyük əmək tələb edir. Bununla yanaşı təmkinli olmaqda da fayda var. İşlərin uğurla nəticələnməsi üçün əlimizdən gələni edirik” , – M.Babayev vurğulayıb.