İstisna edilmir ki, Ermənistan Qərbə yönəldiyi təqdirdə Ukrayna, Suriya və Liviyanın taleyi ilə təhdid edilir”.
Bu barədə “Rus dünyası”nın sağçı radikal filosofu və ideoloqu Aleksandr Duqinin “RİA Novosti”də dərc olunan “Postsovet məkanında Rusiyanın səhvləri və onları düzəltmək yolları” adlı geniş məqaləsində bildirilir.
“İstənilən postsovet dövlətinin ərazi bütövlüyü yalnız Rusiya ilə müsbət və ya neytral münasibətlərlə təmin edilə bilər. Demək, Rusiya postsovet ölkələrini “itaətsizlik”ə görə onların ərazilərini ələ keçirməklə cəzalandırır”, – politoloq məqaləsində eyham vurub.
“Bu hələ 90-cı illərdən başlayıb: Dnestryanı, Dağlıq Qarabağ (o vaxt Azərbaycanda rusofob qlobalist hökumət var idi), Cənubi Osetiya və Abxaziya”, – o, geriya boylanaraq vurğulayıb.