Ermənistan və İranın xüsusi təyinatlı bölmələri aprelin 9-10-da birgə təlimlər keçirəcək.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hər iki ölkənin bölmələri öz ərazisində təlimlər keçirəcək.
Tərəflər iki ölkənin dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə şərti terror qruplarının hücumunun zərərsizləşdirilməsi üzrə birgə hərəkətləri də həyata keçirəcəklər.