Ermənistan sürətlə silahlanır: Bu sistemdən daha 78 ədəd alınır

0
27

Ermənistan 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı Hindistanla danışıqlar aparır.

Bu barədə Hindistan Müdafiə Araşdırmaları Qanadı (IDRW) yazıb.

“Bu, əvvəllər Ermənistana təhvil verilmiş və ölkənin müxtəlif ərazilərində müstəsna imkanlar nümayiş etdirən ATAGS-in uğurlu fəaliyyətinin nəticəsidir.

Altı haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib.

Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqlədi, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar etdi”, – məlumatda deyilir.

“Ermənistan ordusunun artilleriya sistemini onun xüsusi tələblərinə uyğunlaşdırmaq üçün kiçik təkmilləşdirmələr təklif edəcəyi gözlənilir.

Əlavə 78 ATAGS bölməsi üçün perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında daha bir mərhələdir. Əvvəllər Ermənistan “Pinaka” qurğuları və digər müdafiə silahları alıb”, – nəşr yekunlaşdırıb.