Ermənistan səfirliyi Fransanın eks-prezidentinin malikanəsinə köçürüldü

0
51

Ermənistanın Fransadakı səfirliyi bundan sonra Fransanın keçmiş prezidenti Valeri Jiskar d’Estenə məxsus malikanədə fəaliyyət göstərəcək. Fransada səfərdə olan baş nazir Nikol Paşinyan Parisdə 23 milyon avroya alınan Ermənistan səfirliyinin yeni binasında olub.

Bina Parisin prestijli 16-cı rayonunda yerləşir.

Xatırladaq ki, bu yaxınlarda Ermənistan 20 milyon avroya Vestminsterdəki Müqəddəs Ceyms meydanında Londonun biznes mərkəzində səfirlik üçün bina alıb.