Ermənistan Milli Assambleyası (parlamenti) ölkənin Avropa İttifaqına (Aİ) qoşulması haqqında qanun layihəsini təsdiqləyib.
Bu barədə “Armenpress” məlumat yayıb.
“Ermənistan parlamenti fevralın 12-də keçirilən iclasda “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Təşəbbüsün lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib”, – məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi ki, Avropa İttifaqına qoşulmaq istəyi Eermənistan üçün pis nəticələrə səbəb olacaq. Rusiya, belə olacağı təqdirdə Ermənistanın Avrasiya İqtisadi İttifaqında ola bilməyəcəyini də bildirmişdi.