Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? – VİDEO

0
103

Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi sürətləndikcə erməni müxalifəti də etiraz aksiyalarını artırır. Müxalifətin önəmli simaları bu istiqamətdə avantürist, ağlasığmaz bəyanatlar səsləndirirlər. Hətta Göyçə və Zəngəzurun delimitasiya prosesi çərçivəsində Azərbaycana veriləcəyini deyənlər də var. Müxalifətin avantürist bəyanatlarının arxasında nə dayanır?

Bu barədə “Baku TV”yə danışan jurnalist Həmid Həmidov deyib ki, erməni müxalifətinin hərəkətlərinə, dediklərinə əhəmiyyət vermək lazım deyil: “Artıq Ermənistan daxilində də onların nüfuzu qalmayıb. Sadəcə özlərini gündəmdə saxlamağa çalışırlar. Yaxşı bir atalar misalı var: it hürər, karvan keçər. Ermənistan müxalifəti də hazırda bu misaldakı it rolunu oynayır”.

Jurnalist, həmçinin xatırladıb ki, Azərbaycan işğalçı dövlət deyil: “Ermənistanın indiki ərazisi isə tarixi Azərbaycan torpaqlarıdır. Hər bir kəndində azərbaycanlılar yaşayıblar. Bu gün isə rəsmi Bakı beynəlxalq hüquqa hörmətlə yanaşır. Azərbaycanın kimsənin torpağında gözü yoxdur. Əgər müdaxilələr olmasa, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi problemsiz olacaq və tam şəkildə yekunlaşacaq”.