Erməni yüklərinin bir hissəsi Bəndər-Abbas limanında və İran yollarında ilişib qalıb.
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.
O xatırladıb ki, Ermənistan Xarici İşlər Nazirliyi tezliklə sülhün bərqərar olması ümidi ilə artıq rəsmi mövqeyini bildirib.
“Regionda sabitlik bütün ölkələr, o cümlədən Ermənistan üçün çox vacibdir. Həm idxal, həm də ixrac baxımından çətinliklərimiz var. Bunlar bizdən asılı olmayan amillərdir. Buna baxmayaraq, ümid edirik ki, münaqişə tezliklə həll olunacaq və biz əvvəllər olduğu kimi Ermənistana dost olan İran vasitəsilə yük daşıya biləcəyik”, – Papoyan qeyd edib.