Ermənistanda Azərbaycan Ordusunun Zəngəzur dəhlizini açmaq üçün sözügedən əraziyə daxil olacağı haqda növbəti iddia səsləndirilib.
Bu dəfə politoloq Karine Gevorqyan yerli mediaya “müşahidələrini” bölüşüb.
O iddia edib ki, İran sərhəddə 150 minlik böyük ordu cəmləşdirib:
“Lakin Tehran hərbi əməliyyat keçirməyə, Ankara və Bakının cəhdlərini dayandırmağa cəsarət etməyəcək. Vəziyyət Ermənistan üçün əlverişli deyil, İranla sərhədini itirir. Əslində Qərbin Paşinyandan istədiyi də budur”.