Ermənilərin Azərbaycanın Qarabağ bölgəsindəki daha bir “abidəsi” yerindən götürülür.
Bu barədə məlumat verilib. Bildirilib ki, Ağdərə ərazisində quraşdırılan və ermənilərin abidə kimi ziyarət etdiyi Piyadanın Döyüş Maşını – BMP sökülür.
Qeyd edək ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Azərbaycan Ordusunun vurduğu həmin BMP sonralar Ağdərədə abidə kimi yerləşdirilib.
Xatırladaq ki, daha əvvəl ermənilərin Şuşanın girişinə yerləşdirdiyi, vaxtilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun vurduğu “T-72” tankının abidəsi sökülərək Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.