Ermənilərin gedişi və İrəvanın hücum planı – Bakı hazırlaşır

0
177

Nikol Paşinyan yaxın günlərdə Qarabağda bir erməninin də qalmayacağını bildirib, buna görə Azərbaycanı “etnik təmizləmədə” ittiham edib.

Ermənilərin kütləvi köçünün arxasındakı səbəblərdən biri də məhz Bakıya qarşı beynəlxalq səviyyədə kampaniya aparmaq planı dayanır. Bu kampaniyada əsas motiv kimi “deportasiya” iddiası istifadə olunacaq, İrəvan bununla Bakının Qərbi Azərbaycan məsələsini, azərbaycanlıların öz yurdlarından deportasiya olunmasını danışıqlar masasına daxil etməsinə qarşı əks-gediş hazırlayır.

Hərçənd, ermənilərin Ermənistana qayıtması prosesinin təşkili Azərbaycanın mümkün kampaniyalara qarşı hazırlaşdığını göstərir:

– Humanitar yardımlar və tibbi ləvazimatların göndərilməsi;

– Polislərimizin ehtiyacı olan erməni sakinlərə yardım etməsi;

– Laçın sərhəd-keçid məntəqəsindən keçən ermənilərin media tərəfindən danışdırılması və etiraflarının sənədləşdirilməsi;

– Sərhədi keçənlərə, xüsusilə yanlarındakı azyaşlıları hərbçilərimiz tərəfindən isti münasibətin göstərilməsi və s;

Bütün bunlar Ermənistanın “etnik təmizləmə”, “deportasiya” iddiaları üzərindən irəli sürəcəyi ittihamlara qarşı tutarlı arqumentlərdir. Bu baxımdan, İrəvan iddialarını beynəlxalq strukturlara çıxarmağa nail olsa belə, nəticə əldə edə biləcəyi çətin görünür.