Axtarış işlərinin başlandığı gündən bəri Qarabağda 892 erməni meyiti tapılıb.
Bunu keçmiş və qondarma “dqr”in təmsilçisi Unan Tadevosyan deyib.
Onun sözlərinə görə, tapılan meyitların əksəriyyəti tanınmaz haldadır.
“Bu günə kimi 892 meyit tapmışıq. Dünən axtarış işləri yenidən Cəbrayıl, Füzuli, Qaraxanbəyli istiqamətində aparılıb. Bu gün isə Cəbrayıl və Füzulidə davam etdirilib”, – Tadevosyan bildirib.
Tadevosyan sabah və birisi gün Qubadlı, Laçın və Zəngilan rayonları ərazisində də axtarışların aparılacağını deyib.