Ermənilər bizə zərbəni görün hardan vurur – Millət vəkili

0
664

Erməni şəbəkəsi Azərbaycanda çox güclənib. Himayələri də böyükdür. Erməni şəbəkəsinin mövqeyini ifadə edənlərdən biri də Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərovadır. Mənim erməni balasına dediyim sözlər onun da ürəyini yaralayıb və tələb edir ki, təəssübünü çəkdiyi erməni xalqından üzr istəyim.

Bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib.

“Sizləri bircə-bircə öz millətimdən, başımızın tacı azərbaycanlılardan üzr istədəcəyəm. Həm də Qarabağı işğaldan azad etdikdən sonra ermənilərlə bir cərgədə durub onlarla birlikdə millətimdən tökülən qanlara görə üzrəngli bayrağımız qarşısında üzr istəyəcəksiniz!”

Millət vəkili G.Səfərovun etiraz etdiyi sitatı təqdim edib:

“Tam haqlı olaraq qeyd edirik ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Qarabağ ərazimiz olduğundan orada yaşayan qeyri millətlər də Azərbaycan vətəndaşlarıdır. Belə olan halda, həmin insanları təhqir etməyimiz Azərbaycana heç də başucalığı gətirmir” (Sitat: Günel Səfərova).

Baxın, oradakı ermənilərin əksəriyyəti terrorçudur. Bu və ya digər formada Azərbaycana qarşı savaşda və ya təxribatda, eləcə də qanunlarımıza itaətsizlikdə iştirakçı olublar. Bu xanım da onları təhqir etməyin bizə başucalığı gətirməyəcəyini söyləyir. Torpağımızı işğal edənlərin qarşısında, Xocalı vəhşətini törədənlərin qarşısında onsuz da başımız aşağıdır və qisasımızı almalıyıq. Adam şəxsimə böhtan atır, təhqir edir, ancaq deyir ki, ermənini təhqir etmək bizə başucalığı gətirmir.

Digər tərəfdən biz deyirik ki, orada ermənidən başqa millət yaşamır, adam Dağlıq Qarabağda qeyri-millətlərin yaşadığını (çoxmillətliliyi) təbliğ edir. Qətiyyən diqqətsizlik etməyib. Tam istədiyi şəkildə mesajını verib. Bu üç cümləlik mətn hazır qrant layihəsidir. İndi soruşmaq lazımdır, Dağlıq Qarabağda hərbi əməliyyat keçirsək, birdən oradakı hansısa erməni vətəndaşımıza güllə dəysə, yaralansa, yaxud da ölsə, yenə də başaşağı olarıq, ya başıdik gəzə bilərik?

Eh, sizi gidi ermənilər, gör zərbəni bizə haralardan vururlar e…”