Ərdoğandan türk dövlətlərinə çağırış: Azərbaycanla biz qəbul etdik, siz də edin

0
27

Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası ortaq türk əlifbasına keçməyə hazırdır.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən 11-ci sammitində deyib.

Türkiyə prezidenti 34 hərfdən ibarət ortaq türk əlifbasının bu ilin sentyabrında qəbul edildiyini xatırladıb və bunu “tarixi addım” adlandırıb.

Ərdoğan ortaq türk əlifbasının qəbulunu türk dövlətlərinin gələcəyinə birgə addımın əlaməti kimi qiymətləndirib.

“Bundan sonra üzv ölkələr bu əlifbanı əsas götürərək öz kökünə qayıtmalıdırlar. Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə və Azərbaycan ortaq türk əlifbasına keçməyə hazırdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın yeni əlifbaya keçidlə bağlı təşəbbüs göstərməsi vacibdir”, – Ərdoğan deyib.