Elm adamlarından yeni kəşf – Yerdən 1,5 dəfə böyükdür…

0
144

NASA alimlərin Yerdən 137 işıq ili uzaqlıqda və yaşayış üçün əlverişli zonada ekzoplanet kəşf etdiklərini açıqlayıb.

NASA-nın açıqlamasında Yerdən 1,5 dəfə böyük olan “TOI-715 b” adlı planetin yaşayış zonasında, yəni səthindən maye suyun tapılmasına imkan verəcək məsafədə yerləşdiyi bildirilib. Bu planetin öz orbiti ətrafında bir dövrə vurması 19 günə tamamlanır.

Açıqlamada “TOI-715 b”-nin bağlı olduğu sistemdə Yer böyüklüyündə başqa bir planetin ola biləcəyi bildirilib. Sözügedən ekzoplanet Birmingem Universitetinin tədqiqatçısı Dr. Georgina Dransfieldin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən “Transiting Exoplanet Survey Satellite” (TESS) vasitəsilə aşkar edilib.

Araşdırmada bu ekzoplanetin bağlandığı qırmızı cırtdan ulduzun Günəşdən daha kiçik və soyuq olması və bu cür ulduzların orbitlərində qayalı planetlərin olduğu barədə məlumatlar yer alıb.

Araşdırma “Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc olunub.