Yanvarın 20-dən 24-dək İsveçrənin Davos şəhərində ənənəvi Dünya İqtisadi Forumu keçiriləcək.
Forumun rəsmi saytında iştirak edəcək liderlərin adları açıqlanıb.
Liderlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin də adı var. Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan da Davos Forumuna qatılacaq.
Forum çərçivəsində Əliyevlə Paşinyanın görüşü mümkündür?
Bu haqda Forumun təşkilatçıları, rəsmi Bakı, həmçinin rəsmi İrəvan tərəfindən hələlik heç bir məlumat yoxdur. Lakin təcrübəyə əsasən Azərbaycan və Ermənistan liderlərinin Forum çərçivəsində ikitərəfli formatda görüşərək, müzakirələr aparması istisna edilməməlidir. Bundan əvvəlki Davos forumlarında belə görüşlər olub.