Eldar Həsənovun səhhəti ilə bağlı rəsmi açıqlama

0
416
Eldar Həsənovun səhhəti ilə bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Azərbaycanın Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov haqda açılmış cinayət işinin tamamlanması haqda məlumat yayıb. 

Məlumatda eyni zamanda sabiq səfirin səhhəti ilə bağlı yayılan xəbərlərə də münasibət bildirilib:

“O, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb”.

Qeyd edək ki, bu gün cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.