DYMX rəisi: Ilk növbədə, çalışırıq ki, magistral yolun tam açılmasına nail olaq

0
198

“Qaradağ rayonu ərazisində su magistralının partlaması nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.

Füzuli Əsədov bildirib ki, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub. Əraziyə FHN-in 10-dan artıq texnikası və 14 nasosu gətirilib.

“Birinci növbədə, çalışırıq ki, magistral yolun tam açılmasına nail olaq. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub”, – deyə F. Əsədov bildirib.